Musiala yeni müqavilədən imtina etdi

Camal Musiala “Bayern”də qalmaq istəmir. Almaniya millisinin gənc üzvü münhenlilərin yeni müqavilə təklifini rədd edib.

Newsport.az Almaniya mətbuatına istinadla xəbər verir ki, Musiala İngiltərə Premyer Liqasına yollanmaq istəyir. Bir çox klub onunla yaxından maraqlanır. “Mançester Siti” isə ona Kevin de Bruynenin xələfi gözü ilə baxır. Bu səbəbdən istedadlı yarımmüdafiəçi Bundesliqa təmsilçisi ilə danışıqları dayandırıb.

Vaxtilə İngiltərədə “Sauthempton” və “Çelsi”nin akademiyalarında da olmuş 21 yaşlı futbolçu 2019-cu ildə “Bayern”ə keçib. O vaxt almanlar Camalın itedadını görərək onun üçün 200 min avro ödəmişdi. 2020-ci ildən “Bayern”in əsas komandasında çıxış edən Musialanın mövcud müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun transfer dəyəri 110 milyon avro olaraq qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right