İspaniyalı futbolçu Mərakeş millisində oynayacaq

İspaniya vətəndaşı olan “Real”ın hücumçusu Brahim Diaz Mərakeş millisində oynayacaq. Newsport.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı ön xətt oyunçusu Afrika komandasının qarşıdakı yoldaşlıq oyunlarına çağırıla bilər. Mərakeş Futbol Federasiyası bunun üçün bütün lazımi sənədləri hazırlayır. Millinin baş məşqçisi Valid Reqraqi “Real”ın oyunçusuna əsas heyət üzvü olmaq vədi verib.

Brahim Diaz İspaniyanın Malaqa şəhərində anadan olsa da, valideynləri Mərakeş əsillidi. O, İspaniya millisinin heyətində bir yoldaşlıq oyunu keçirib. Bu, 2021-ci ildə Litvanı 4:0 hesabı ilə məğlub etdikləri görüşə təsadüf edib. Hücumçu həmin qarşılaşmada qol vurub.

Qeyd edək ki, Brahim Diaz cari mövsüm “Real”ın heyətində bütün turnirlərdə 31 oyunda 8 qol vurub, 6 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right