Çeferin: "Rasizm zamanı hakimlər oyunu dayandırmalıdırlar"

UEFA prezidenti Aleksander Çeferin rasizm zamanı oyunları dayandırmağa çağırıb. 

Newsport.az xəbər verir ki, bu barədə o, Relevo X sosial şəbəkəsində (keçmiş Twitter) paylaşım edib. 

A. Çeferin matçlarda rasizm hadisələri haqda belə deyib: “Hakimlər oyunu dayandırmalıdırlar. Biz bütün dünya stadionlarında bu məsələyə daha da ciddi yanaşmalıyıq. Təklif edirəm ki, birlikdə işləyib Banqkokda keçiriləcək növbəti FİFA konqressində həlledici qətnamə qəbul edək”.

Xatırladaq ki, Aleksander Çeferin 2016-cı ilin 14 sentyabrından UEFA-nın prezidentidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right