UEFA avrokuboklarda gəlirlərin bölüşdürülməsi sistemini təsdiqlədi

Parisdə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib və qurumun 7 illik (2024-2030) strategiyası təsdiqlənib. Newsport.az xəbər verir ki, komitə 2024-2027-ci illərdə kişilərin klub turnirlərindən əldə olunan gəlirlərin bölüşdürülməsi sistemini müəyyənləşdirib.

Proqnozlaşdırılan 4,4 milyard avroluq məbləğdən 10 faizi (440 milyon) həmrəylik ödənişlərinə, 7 faizi (308 milyon) avrokuboklarda iştirak etməyən klublara, 3 faizi (132 milyon) isə təsnifat mərhələsində mübarizədən kənarlaşdırılan komandalara ayrılacaq. Bundan əlavə, qadınların Çempionlar Liqası və UEFA Gənclər Liqası üçün 25 milyon avro ayrılıb.

Xalis məbləğ (xərclər, həmrəylik ödənişləri və digər yarış xərcləri çıxıldıqdan sonra) Avropa yarışlarında iştirak edən klublar (93,5%) və UEFA (6,5%) arasında bölünür.

Avrokubokların iştirakçılarına ödəniləcək ümumi ödənişlərin (3,317 milyard avro) 2,467 milyardı (74,38%) Çempionlar Liqası və UEFA Superkubokunun iştirakçılarına, 565 milyonu (17,02%) Avropa Liqasında çıxış edən komandalara, 285 milyonu (8,60%) — Konfranslar Liqasının iştirakçılarıdı.

Üç turnirdə nisbət cari dövrədə (2021-2024) olduğu kimi eyni səviyyədə qalıb.

Yuxarıdakı məbləğlər üç kateqoriyaya görə bölüşdürüləcək: sabit ödənişlər, performans bonusları və nisbi bazar payı. Faiz ifadəsində sabit ödənişlər müvafiq olaraq 2,5% və 7,5% artacaq (indi 27,5%).

UEFA-nın 49-cu Konqresi 2025-ci il aprelin 3-də Belqradda (Serbiya) keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 22-nə Dublinə (İrlandiya) təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right