Luka Modriç qərarını verdi

“Real”ın yarımmüdafiəçisi Luka Modriçin taleyinə aydınlıq gəlib. Newsport.az xəbət verir ki, xorvatiyalı yarımmüdafiəçi “kral klubu”nda qalmayacaq.

38 yaşlı orta sahə oyunçusu mövsümün sonunda başa çatacaq sözləşməsini uzatmamaq qərarına gəlib. O, yayda komandasını dəyişməyi planlaşdırır. Buna səbəb Modriçin artıq əsas heyət üzvü olmamasıdı.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real”ın formasını geyinir. O, cari mövsüm La Liqada 16 oyun keçirib, 1 qol, 4 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right