İnam Kərimov: “Bu sahədə çempionlarımızın olmasını gözləyirik”

Bu vəzifəyə seçildiyim üçün üzvlərə təşəkkür edirəm. Bu, böyük etimaddır”.

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan Ağır Atletika Federasiyasının yeni prezidenti İnam Kərimov mətbuat konfransında deyib.

Kənd təsərrüfatı naziri postunu da tutan Kərimov, ağırlıqqaldırmanın önəmli idman növlərindən olduğunu deyib:

“Bu, Prezident İlham Əliyevin diqqətində olan idman növüdür. Ölkəmiz bütün beynəlxalq yarışlarda layiqincə təmsil edilib. SSRİ dövründə və müstəqillik vaxtı böyük ənənələrimiz olub. Dövlətimiz ağırlıqqaldırmaya böyük dəstək verir. Xalqımız da bu idman növünə böyük rəğbət bəsləyir. Bu sahədə çempionlarımızın olmasını gözləyirik”.

İnam Kərimov yeni vəzifədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right