Azərbaycanlı cüdoçu Avropa kubokunda bürünc medal qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov növbəti mükafatını qazanıb.

Newsport.az-ın məlumatına görə, Yusifov Rusiyanın Orenburq şəhərində təşkil olunan Avropa kubokunda fərqlənib. +100 kq çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi ilk mərhələdə Arman Kaliyevə (Qazaxıstan) qalib gəlsə də, ardınca Nodar Baqayevə (Rusiya) uduzub.

Təsəlliverici görüşlərə qatılan Yusifov Anatoli Şoxtin (Rusiya) üzərində qələbə qazanıb. Bürünc medal uğrunda qarşılaşmada Sergey Venikovu (Rusiya) da məğlub edən İmran Avropa kubokunun mükafatçısı olub.

Fəxri kürsüyə qalxan İmran Yusifov yarışda bürünc medala yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right