Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Bolqarıstanın paytaxtı Sofiya şəhəri növbəti Avropa çempionatına ev sahibliyi edəcək.
 
Newsport.az xəbər verir ki, 8-11 aprel tarixləri aralığında təşkil olunacaq qitə çempionatına Azərbaycan millisi də qatılacaq.
 
Azəbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Bolqarıstana bu gün yollanacaq komandamız yarışda 11 idmançı ilə təmsil olunacaq. 
 
G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun yetirmələrindən 54 kq çəki dərəcəsində Bəhruz Quluzadə, Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaq.
 
Yarışda, hakimlərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right