"Qələbəyə görə özümü xoşbəxt hiss etmirəm" Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında  Aniş Girini (Niderland) mübarizədən kənarlaşdırdıqdan sonra  yarışın rəsmi saytına açıqlama verib.

Newsport.az xəbər verir ki, qrossmeysterimiz qələbəyə görə özünü xoşbəxt hiss etmədiyini bildirib: "Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm. Uğur qazanmaq yaxşıdır, amma başqa oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil".

Qeyd edək ki, Teymur Rəcəbov bu gün yarımfinalda ABŞ şahmatçısı  Uesli So ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right