"Bir şeylər etmək məcburiyyətindəyik" yığmamızın baş məşqçisi

"İlk setdə zəif çıxış etdik. Amma ikinci setdə hər şey daha yaxşı alındı". Newsport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Covanni Kaprara deyib.

İtaliyalı mütəxəssis Qızıl Avropa Liqasının V turunda İspaniya ilə keçirilən oyunu dəyərləndirib. Kaprara 0:3 hesablı məğlubiyyətə görə hücumçuları günahlandırıb: "Hesab edirəm ki, blokda, topun qəbulunda yaxşı iş gördük. Sadəcə, hücum planında lazımi qədər dəqiq oynamadıq. Rəqibin heyətində, xüsusən də, Rivero və Qonzalesin qarşısını almaq çox çətin idi. Yenə də hücum gücümüzü artırmaq üçün bir şeylər etmək məcburiyyətindəyik".

Qeyd edək ki, millimiz qrupda keçirdiyi 5 görüşün hamısında məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right