Cüdoçumuz Avropa Kubokunda medal qazandı

Almaniyanın paytaxtı Berlində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start verilib.
 
Newsport.az-ın məlumatına görə, beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandasının üzvü Mirağa Hacıyev gümüş medal qazanıb. Almaniya, Xorvatiya, İsrail və Türkiyə cüdoçularına qalib gələn Hacıyev finalda Türkiyə təmsilçisi Emirhan Karahana uduzaraq 2-ci yeri tutub.
 
Qeyd edək ki, Berlin turniri bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right