Yığmamızın AÇ-2017-nin 1/4 finalındakı rəqibi məlum oldu

Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə,  Bakıdakı Milli Gimnastika Arenasında baş tutan son 2 qarşılaşmadan sonra 1/4 final cütlərinin hamısı bəlli olub. Öncə Polşa Türkiyə ilə qarşılaşıb. Qonşu ölkə təmsilçisi bu oyunda asan qələbəyə sevinib. Digər pley-off matçında isə Bolqarıstan Almaniya ilə üz-üzə gəlib. Gərgin keçən oyunda almanlar qalib gəliblər.

AÇ-2017
Pley-off mərhələsi
27 sentyabr

Polşa – Türkiyə - 1:3 (22:25, 25:27, 25:18, 23:25)

Bolqarıstan - Almaniya - 2:3 (25:14, 20:25, 25:16, 19:25, 11:15)

Qeyd edək ki, son pley-off oyunlarında Azərbaycan yığmasının da 1/4 finaldakı rəqibini müəyyənləşdirib. Qrup mərhələsində yığmamızla birgə mübarizə aparmış Almaniya 1/4 finalda yenidən millimizin rəqibi olub. Türkiyə Rusiya ilə oynayacaq. 1/4 finalın digər oyunlarında da İtaliya Hollandiyaya, Serbiya Belarusa qarşı mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right