Polşadan, İtaliya və Rusiyadan növbəti qələbə Yenilənib

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib.
 
Newsport.az-ın məlumatına görə, A qrupunda yer alan Azərbaycan və Almaniya milli komandaları istirahət ediblər. Əvəzində bu qrupda II turun Polşa - Macarıstan görüşü baş tutub. 
 
Milli Gimnastika Arenasında oynanılmış qarşılaşma Polşanın qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da xallarını 5-ə çatdıran Polşa qrupda liderliyi ələ alıb. Ardıcıl ikinci görüşündən məğlub ayrılan Macarıstan isə xalsızdır. 
 
Bu arenada ilk görüş C qrupunda Bolqarıstan və Ukrayna milliləri arasında olub. Ukrayna ilk turdakı kimi, yenə 2:3 hesabı ilə uduzub. Bununla da Bolqarıstan 2 xal əldə edib. Ukrayna isə hər iki oyunda minimal fərqlə yenildiyi üçün aktivindəki xalları 2-yə çatdırıb. Günün son oyununda isə Türkiyə və Rusiya milliləri üz-üzə gəlib. "Ay-ulduzlular" çempionatdakı ilk oyununda 1:3 hesabı ilə uduzublar. Üçüncü set gərginliyi ilə diqqət çəkib. Türkiyə millisinin baş məşqçisi Covanni Qidetti hakimin qərarına sərt etiraz etdiyi üçün qırmızı vərəqə alaraq, seti kənardan izləməli olub. Bu da komandanın çıxışına təsirsiz ötüşməyib. Rusiya millisi "ay-ulduzlular"ın psixoloji gərginliyindən yararlanmağı bacarıb. 
 
Göygöl Olimpiya Kompleksində D qrupunun II tur qarşılaşmaları oynanılıb. Çexiya Belçikanı 3:1, Serbiya Hollandiyanı 3:0 hesabı ilə yenib. 
 
Nəhayət, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan B qrupunda da II turun oyunları keçirilib. Gürcüstan Xorvatiyaya, Belarus İtaliyaya 1:3 hesabı ilə uduzub.  
 
Avropa çempionatı, II tur
23 sentyabr
A qrupu
18:00. Polşa - Macarıstan - 3:1 (25:22, 19:25, 25:17, 25:18)
Milli Gimnastika Arenası
 
B qrupu
17:00. Gürcüstan - Xorvatiya - 1:3 (12:25, 13:25, 25:23, 23:25)
 
20:00. İtaliya - Belarus - 3:1 (27:25, 25:18, 18:25, 25:21)
Tbilisi, Yeni İdman Sarayı
 
C qrupu
15:30. Bolqarıstan - Ukrayna - 3:2 (25:23, 21:25, 23:25, 25:11, 15:4)
 
20:30. Türkiyə - Rusiya - 1:3 (23:25, 25:20, 23:25, 25:20)
Milli Gimnastika Arenası
 
D qrupu
17:00. Çexiya - Belçika - 3:1 (19:25, 25:23, 28:26, 25:19)
 
20:00. Serbiya - Hollandiya - 3:0 (29:27, 25:17, 25:23)
Göygöl Olimpiya Kompleksi
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right