Dünya çempionatında ilk medal Yenilənib

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.
 
Newsport.az-ın məlumatına görə, ilk yarış günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində mübarizəyə qoşulublar.
 
Azərbaycanı bu çəkilərdə 3 idmançı təmsil edib. Qadınlardan Bazarraqça Erdenebat 1/32 finaldan, Leyla Əliyeva isə 1/16 finaldan mübarizəyə başlayıb və yarışla erkən vidalaşıb.
 
Kişilərin yarışında isə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov 1/16 finaldan çıxış etməyə başlayıb. O, əvvəlcə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. 1/8 finalda portuqaliyalı Qonsalo Mansinyo ilə görüşən Orxan rəqibini 30 saniyəyə məğlub edib. Yarımfinala vəsiqə uğrunda döyüşdə idmançımız Qazaxıstan təmsilçisi Eldost Smetovla üz-üzə gəlib. Olimpiya Oyunlarının gümüş mükafatçısı da təmsilçimiz qarşısında aciz qalıb.  Bunun ardınca  təmsilçimiz yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Cüdoçumuz bu dəfə də ipponla qələbə qazanıb.
 
Orxanın həlledici qarşılaşmada rəqibi isə yaponiyalı Naohişa Takato olub. Bu görüşə Orxan həm də rəqibindən revanş almağa çıxmışdı. İpponla uduzan Səfərov mundialı gümüş mükafatla bitirib.
 
48 kq
1/32 final. Bazarraqça Erdenebat - Aleksandra Pop (Rumıniya)
1/16 final. Leyla Əliyeva - Funa Tanaki (Yaponiya)
 
60 kq
FİNAL. Orxan Səfərov - Naohisa Takato (Yaponiya)
Yarımfinal. Orxan Səfərov - Diorbek Urozboyev (Özbəkistan)
(1/4 final. Orxan Səfərov - Eldos Smetov (Qazaxıstan)
1/8 final. Orxan Səfərov - David Pulkrabek (Çexiya) / Qonsalo Mansinyo (Portuqaliya)
1/16 final. Orxan Səfərov - Yanislav Gerçev (Bolqarıstan)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right