Azərbaycanlı atlet dünya çempionatının finalına vəsiqə qazandı

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının finalına çıxıb.

Newsport.az-ın məlumatına görə, yarımfinalda 200 metr məsafəyə qaçışda finişə birinci çatan Ramil finala vəsiqə qazanıb. O, finişə 20.17 saniyəyə çatıb. Quliyev bu gün finalda 8 nəfərlə qızıl medal uğrunda yarışacaq.

Qeyd edək ki, Ramil dünya çempionatlarında ardıcıl 3-cü dəfə finala yüksəlib. O, 2009-cu ildə Berlində keçirilən yarışda Azərbaycanın adından bu uğura imza atmışdı.

 

 

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right