Boksçularımızın ilk rəqibləri bilindi

Ukraynanın Xarkov şəhərində keçiriləcək boks üzrə Avropa çempionatının püşkü atılıb.
 
Newsport.az-ın məlumatına görə, 40 ölkədən 258 idmançının qatılacağı yarışda Azərbaycan yığmasının üzvlərinin də rəqibləri müəyyənləşib.
 
Onlardan 2-si 1/16 finaldan, 8-i 1/8 finaldan mübarizəyə qoşulacaqlar.
 
18 iyun
1/16 final. Cavid Çələbiyev (60 kq) - Edqaras Skurdelis (Litva)
1/16 final. Eldar Quliyev (81 kq) – Müslim Hacımaqomedov (Rusiya)
 
19 iyun
1/8 final. Məsud Yusifzadə (49 kq) – Nazar Kurotçin (Ukrayna)
1/8 final. Elvin Məmişzadə (52 kq) – İstvan Şaka (Macarıstan) / Manuel Fabritsio Kappai (İtaliya) cütünün qalibi
1/8 final. Lorenzo Sotomayor (64 kq) – Vahid Hambli (Fransa) / Fredi Çiobanu (Rumıniya) cütünün qalibi
1/8 final. Pərviz Bağırov (69 kq) – Anas Messaudi (Belçika) / Simyon Çamov (Bolqarıstan) cütünün qalibi
1/8 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Aleksandr Kaleyev (Belarus) / Petar Belberov (Bolqarıstan) cütünün qalibi
 
20 iyun
1/8 final. Tayfur Əliyev (56 kq) - Severlan Çiladze (Gürcüstan) / Antoni Ceyms Uolker (İrlandiya) cütünün qalibi
1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Bartoş Qolebiyevski (Polşa) / Emmet Brennan (İrlandiya) cütünün qalibi
1/8 final. Abdulqadir Abdullayev (91 kq) – Şott Antoni Forrest (Şotlandiya) / Zoran Radiç (Serbiya) cütünün qalibi
 
Qeyd edək ki, "Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə – iyunun 24-də isə qaliblərin adları bilinəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right