Millimizin heyyəti açıqlanıb

Xantı-Mansiyskdə kişi və qadın şahmat komandaları arasında dünya çempionatı başlayır.

Newsport.az-ın məlumatına görə, dairəvi sistem üzrə keçirilən yarışın hər birində 10 milli iştirak edəcək.

Ölkəmiz yalnız xanımlarda təmsil olunacaq. Azərbaycan yığması (2329) mübarizəyə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balakişiyevadan ibarət heyətilə qatılacaq.

Komandamızın rəqibləri Rusiya (2508), Çin (2499), Gürcüstan (2459), Hindistan (2417), Polşa (2415), Ukrayna (2406), ABŞ (2324), Vyetnam (2323) və Misir (1994) komandalarıdır. Bu rəqabətdə yalnız hazırda dünya çempionu olanlar; sonuncu olimpiadada 1-3-cü yerləri tutanlar, 4 qitə çempionları olanlar; təşkilatçı ölkənin kollektivləri və FIDE prezidentinin nominantı olanlar iştirak edirlər.

Rusiya hər 2 çempionatın reytinq favoritidir. 9 turdan ibarət turnir dairəvi sistem üzrə keçiriləcək. Püşkatma açılış mərasimində olacaq. Vaxta nəzarət: ilk 40 gedişə 90 dəqiqə + birinci gedişdən başlayaraq oyunun sonuna qədər hər bir gediş üçün əlavə 30 saniyə. Sonuncu tur iyunun 26-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right