Millimiz dünya çempionatına vəsiqə qazandı

Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan E qrupunda son turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi Yaponiyada baş tutacaq mundiala yeganə vəsiqə uğrunda görüşdə Hollandiya ilə üz-üzə gəlib. Qarşılaşma milli komandamızın qələbəsi ilə başa çatıb - 3:0. 

Azərbaycan – Hollandiya - 3:0 (30:28, 25:22, 25:13). 

Azərbaycan millisi bu qələbə sayəsində tarixində 4-cü dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right