İslamiadadakı dopinq-testlərin sayı açıqlanıb

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 400-dək dopinq-test götürülüb.
 
Newsport.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib. Ş.Hüseynlinin sözlərinə görə, prosesi AMADA-nın 21, PWC-nin (Professional Worldwide Controls) isə 11 nəzarətçisi həyata keçirib. Öz tərəflərindən heç bir problemin olmadığını deyən icraçı direktor dopinq nümunələrinin Almaniyanın Drezden şəhərindəki laboratoriyaya göndərildiyini açıqlayıb. O, nəticələrin müvafiq beynəlxalq federasiyaların saytlarında yerləşdiriləcəyini əlavə edib ("Report").

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right