Azərbaycan kikboksçuları Macarıstandan qayıtdılar

Mayın 18-dən 22-nə kimiMacarıstanda WAKO-nun təqvim planına uyğun olaraq dünyakuboku uğrunda kikboksinq yarışları keçirilib.

Newsport.az-ın məlumatına görə, yarışda Azərbaycan Kikboksinq Federasiyasını təmsil edən idmançılar öz güclərini sınayaraq uğurlu nəticələr əldə edərək vətənə dönüblər.

Bu münasibətlə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev ölkəmizi təmsil edən idmançılarla görüş keçirib. Görüşdə federasiyanın vitse-prezidentləri Güloğlan Cabbarov, Kamal Axundov, idarə heyətinin üzvləri və bir qrup media nümayəndəsi iştirak edib.

Adil Əliyev  çıxışında ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən federasiya prezidenti təmsilçilərimizin ən mötəbər yarışlardan vətənə yüksək əyarlı medallarla döndüklərini qeyd edib. Bildirib ki, bugünkü görüşdə iştirak edən kikboksçularımızın əldə etdikləri nailiyyət bunun əyani sübutudur.

Yarış haqqında ümumi məlumat verən AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov qeyd etdi ki, Macarıstanın paytaxtında keçirilən kikboksinq üzrə dünya kuboku uğrunda yarışda kikboksinq üzrə yığma komandanın idmançısı Ruslan Musayev 67 kq çəki dərəcəsində yarımfinalda ukraynalı kikboksçu Sabar Yaraslovu məğlub edərək finala yüksəlib və daha sonra o final qarşılaşmasında bolqarıstanlı Dimtar Pençevə qalib gələrək birinciliyə adını yazdırıb: “48 kq çəki dərəcəsində İmanov Məhəmməd 2-ci yerə, 63,5 kq çəkidə Teymurov Zəkulla, 67 kq çəkidə Ağamahmud Siracov 3-cü yerə layiq görülüblər. Veteranlar arasında isə yarışda Daxili İşlər Nazirliyi İdman cəmiyyətinin kikboksinq üzrə baş məqçisi,əməkdar məşqçi Hakim Hacıyev bürünc medal qazanıb”. Daha sonra gələcək yarışlar haqqında müzakirə aparılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right