Səbinə Əzimova: “Çox sevinirəm ki, bürünc medal qazandım”

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. İlk gündə Azərbaycanın qadın ağır atleti Səbinə Əzimova da mübarizə aparıb. 17 yaşlı atletimiz 53 kq çəkidə bürünc medal qazanıb.
 
Newsport.az-ın məlumatına görə, o, yarışdan sonra qələbə sevincini AAAF TV ilə bölüşüb: “Çox sevinirəm ki, bürünc medal qazandım. Hətta I və II yerləri də tuta bilərdim, amma alınmadı və nəticədə III yerə layiq görüldüm. Yarış zalında məni dəstəkləyən azarkeşlərə və ümumən hər kəsə öz təşəkkürümü bildirirəm”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right