İslamiadada bir günə 22 medal, Azərbaycan Türkiyəyə qalib gəldi

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının VI yarış günündə 12 idman növü üzrə mübarizə gedib.
 
Newsport.az-ın məlumatına görə, futbol, həndbol, voleybol, tennis və bədii gimnastikadan sonra cüdo/paracüdo, karate, atıcılıq, üzgüçülük, ağırlıqqaldırma, idman gimnastikası və su polosu üzrə yarışlara start verilib. Onlardan yarısında - bədii gimnastika, cüdo/paracüdo, karate, atıcılıq, üzgüçülük və ağırlıqqaldırmada medallar sahiblərini tapmağa başlayıb. 
 
Günün ilk diqqətçəkən xəbəri həndbolçu qadınlardan ibarət Azərbaycan yığmasının Özbəkistanı yenərək, finala yüksəlməsi olub. Həlledici görüşdə rəqib Türkiyə olacaq. 
 
Voleybolda II turun oyunları baş tutacaq. Azərbaycanın kişilərdən ibarət komandası, qadın millisi Tacikstanı çətinlik çəkmədən yenib. 
 
Əvəzində su polosu və tennisdə məğlubiyyətlər sıralanıb. Azərbaycan su polosu yığması İrana, kişi tennisçilər Qətərə, qadın tennisçilər Türkmənistana uduzublar.
 
Azərbaycanın 6 karateçisindən 5-i medal qazanıb. Bayraqdar Rafael Ağayev (75 kq), Fəridə Abiyeva (61 kq) qızıl, İlahə Qasımova (55 kq) gümüş, Firdovsi Fərzəliyev (60 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medala sahib olub. Yalnız Niyazi Əliyev (67 kq) 1/4 finalda uduzaraq, medalsız qalıb.
 
Boksda Məsud Yusifzadə (52 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) bacarığını nümayiş etdirəcək.
 
Bundan başqa 4 qadın paracüdoçu və 4 kişi, 6 qadın cüdoçu qalib adı uğrunda mübarizə aparacaq. 
 
Ağırlıqqaldırma növündə 1 kişi və 3 qadın idmançı "körpücük" üzərinə çıxacaq. 
 
Üzgüçülük növündə Azərbaycan bu gün yalnız kişilərin yarışında təmsil olunacaq. Onlardan 200 m məsafəyə arxa üstə üzgüçülükdə Boris Kirillov, eləcə də 4 ✕ 100m məsafəyə sərbəst estafetdə Azərbaycan komandası finala qatılacaq. 
 
Bədii gimnastika növündə gürz və lentlə hərəkətlər yekunlaşdıqdan sonra həm finalçılar, həm də Azərbaycanın komanda çoxnövçülüyündə finalda tutacağı yer müəyyənləşəcək. 
 
İdman gimnastikasında kişi və qadınlar müxtəlif hərəkətlər üzrə təsnifat mərhələsinə başlayacaqlar. 
 
Atıcılıq növündə  2 kişi və 8 qadın idmançı qüvvəsini sınayacaq.  
 
Nəhayət, tennisçi kişi və qadınların komanda yarışında Azərbaycanın 2-ci tur rəqibləri Qətər və Türkmənistan olacaq.
 
13 may (şənbə)
Bədii gimnastika (18:30 – 20:45)
Qadınlar
Gürzlər və lent (təsnifat mərhələsi): Jalə Piriyeva, Marina Durunda, Zöhrə Ağamirova
Komanda (medal mərasimi)
Milli Gimnastika Arenası
 
Paracüdo (10:00 - 20:45)
Qadınlar
57 kq
1/4 final. Sevda Vəliyeva - Sevinc Salayeva (Özbəkistan)
1/2 final. Sevda Vəliyeva - Şeren Abdellaui (Əlcəzair)
 
1/2 final. Afaq Sultanova - Zeynep Çelik (Türkiyə)
 
FİNAL. Sevda Vəliyeva - Afaq Sultanova 
 
 
70 kq
1/2 final
Turanə Ağayeva - Aytən Özyürük (Türkiyə) - 39 saniyəyə ippon
Ramilə Kaştayeva - Gülruh Rəhimova (Özbəkistan) - 5 saniyəyə ippon 
 
FİNAL
Turanə Ağayeva - Ramilə Kaştayeva
 
 
Cüdo
Kişilər
60 kq
1/4 final. Orxan Səfərov - Əli Xusrof (Yəmən) - 48 saniyəyə ippon
1/2 final. Orxan Səfərov - Otar Bestayev (Qırğızıstan) 
FİNAL. Orxan Səfərov - Bekir Özlü (Türkiyə) - ipponla qələbə
 
66 kq
1/4 final. Nicat Şıxəlizadə - Eysa Majraşi (Səudiyyə Ərəbistanı) - qızıl xalla qələbə
1/2 final. Nicat Şıxəlizadə - Alireza Xojasti (İran) - 3 dəqiqə 24 saniyəyə ippon
FİNAL. Nicat Şıxəlizadə - Houd Zurdani (Əlcəzair) - 45 saniyəyə ippon
 
73 kq
1/8 final. Rüstəm Orucov - Behruzi Xojazoda (Tacikistan) - 2 dəqiqə 45 saniyəyə ippon
1/4 final. Rüstəm Orucov - Yunis Odat Eyal Slman (İordaniya) - 1 dəqiqə 54 saniyəyə ippon
1/2 final. Rüstəm Orucov - Hasan Vanlıoğlu (Türkiyə)  
 
1/8 final. Hidayət Heydərov - Frederik Adebayo Olimpio (Toqo) - 68 saniyəyə ippon
1/4 final. Hidayət Heydərov - Bekadil Şaymerdenov (Qazaxıstan) - qızıl xalla qələbə
1/2 final. Hidayət Heydərov - Qiyosjon Boboyev (Özbəkistan) - 55 saniyəyə ippon
FİNAL. Hidayət Heydərov - Rüstəm Orucov - ipponla qələbə
 
Qadınlar
48 kq
Yarımfinal. Aişə Qurbanlı - Ayah Kitaneh (İordaniya) - 44 saniyəyə ipponla qələbə
 
1/4 final. Bazarraqça Erdenebat - Saltanat Sultanbekova (Qazaxıstan) - 3 dəqiqə 14 saniyəyə ippon
1/2 final. Bazarraqça Erdenebat - Vəfa İdrissi Şorfi (Mərakeş) - 3 dəqiqə 38 saniyəyə ippon
 
FİNAL. Aişə Qurbanlı - Bazarraqça Erdenebat - 0:1
 
52 kq
1/4 final. Nəzakət Əzizova - Ester Korin Evala Bondim (Qabon) - 49 saniyəyə ippon
1/2 final. Nəzakət Əzizova - Diyora Keldiyorova (Özbəkistan) - qızıl xalla qələbə
Final. Nəzakət Əzizova - İrem Korkmaz (Türkiyə)
 
57 kq
1/8 final. İçinxorlo Munxtsedev - Hadil Elalmi (İordaniya)
1/4 final. İçinxorlo Munxtsedev - Ratiba Tariket (Əlcəzair) - 53 saniyəyə məğlubiyyət
Təsəlliverici görüş. İçinxorlo Munxtsedev - Amangül Allanazarova (Özbəkistan) - 2 dəqiqə 23 saniyəyə ippon
Bürünc medal görüşü. İçinxorlo Munxtsedev - Zuleyxa Abzetta Dabon (Kot dİvuar) - 43 saniyəyə ippon
 
1/8 final. Kifayət Qasımova - Yusra Əlbuhayri (Mərakeş) - 1 dəqiqəyə ipponla qələbə
1/4 final. Kifayət Qasımova - Kseniya Beldyagina (Qırğızıstan) - 2 dəqiqə 34 saniyəyə ippon
1/2 final. Kifayət Qasımova - Zuleyxa Abzetta Dabon (Kot dİvuar) - qələbə
FİNAL. Kifayət Qasımova - Ratiba Tariket (Əlcəzair)
 
63 kq
1/4 final. Xanım Hüseynova - Ayna Jumakuliyeva (Türkmənistan) - 1 dəqiqə 29 saniyəyə ippon
1/2 final. Xanım Hüseynova - Meryem Byaui (Tunis) - qələbə
FİNAL. Xanım Hüseynova - Büsra Katipoğlu (Türkiyə)
 
Heydər Əliyev adına Arena
 
Karate (10:00 – 21:00)
Kumite
Kişilər
 
50 kq
1/4 final. Nuranə Əliyeva - Rozan Alda Ajeh (İordaniya) - 0:0
1/2 final. Nuranə Əliyeva - Nasrin Dusti (İran) - 0:1
Bürünc medal görüşü. Nuranə Əliyeva - Srunita Sukatendel (İndoneziya) - 2:1
 
55 kq
1/8 final. İlahə Qasımova - Saja Abbasi (Fələstin) - 8:1
1/4 final. İlahə Qasımova - Cok İstri Aqunq Sanistryani (İndoneziya) - 7:0
1/2 final. İlahə Qasımova - Məcidə Əlbəşəyrə (İordaniya) - 3:0
FİNAL. İlahə Qasımova - Yassmin Attia (Misir) - 0:0 (hakimlərin qərarı ilə)
 
61 kq
1/8 final. Fəridə Abiyeva - Viktorin Koro (Çad) - 8:0
1/4 final. Fəridə Abiyeva - Ahya Aureli Estelle Kuassi (Kot dİvuar) - 2:0
1/2 final. Fəridə Abiyeva - Barno Mirzəyeva (Özbəkistan) - 3:2
FİNAL. Fəridə Abiyeva - Rozita Alipurkeşkaal (İran) - 3:0
 
Kişilər
60 kq
1/8 final. Firdovsi Fərzəliyev - Muhammad Fidali Sanif (Bruney) - 6:0
1/4 final. Firdovsi Fərzəliyev - Sentil Kumaran Silvaraju (Malayziya) - 0:0
1/2 final. Firdovsi Fərzəliyev - Aykut Kaya (Türkiyə) - 0:1
Bürünc medal görüşü. Firdovsi Fərzəliyev - Suryadi Suryadi (İndoneziya) - 6:0
 
66 kq
1/8 final. Niyazi Əliyev - Nasir Ahmed (Pakistan) - 4:0
1/4 final. Niyazi Əliyev - Əli Əlsavi (Misir) - 0:2
 
75 kq
1/8 final. Rafael Ağayev - Erman Eltemur (Türkiyə) - 3:0
1/4 final. Rafael Ağayev - Sultan əl-Zəhrani (Səudiyyə Ərəbistanı) - 7:2
1/2 final. Rafael Ağayev - Şarmendran Raqonatan (Malayziya) - 5:0
FİNAL. Rafael Ağayev - Sədi Qulam Abbas (Pakistan) - 4:0
Bakı İdman Zalı
 
Atıcılıq
Kişilər
09:00. 10 m məsafəyə pnevmatik tüfəngi ilə atəş (təsnifat və final mərhələsi, medal mərasimi) - Əli Məcidli təsnifat mərhələsində 17-ci yer tutduğu üçün finala yüksələ bilməyib. 
 
09:00. 25 m məsafəyə tapançadan mərkəzə atəş (təsnifat mərhələsi və medal mərasimi) - Ruslan Lunyov qızıl medal qazanıb.
 
Qadınlar
09:30. Səngər stendi (təsnifat və final mərhələsi, medal mərasimi) - Şəfəq Əmrahova gümüş medal qazanıb, Aydan Camalova 6-cı yeri tutub. 
 
10:30. 25 m məsafəyə tapança ilə atəş (təsnifat mərhələsi) - İradə Aşumova, Nigar Nəsirova, Zərifə Qasımova
 
11:30. 10 m məsafəyə pnevmatik tüfəngi ilə atəş (təsnifat və final mərhələsi, medal mərasimi) - Təsnifat mərhələsində Jalə Bayramova 10-cu, Xəyalə Hüseynli 11-ci, Nəzrin Salamzadə 21-ci yeri tutub. Hər 3 atıcı finala yüksələ bilməyib.
Atıcılıq Mərkəzi
 
Üzgüçülük (10:00 – 19:30)
Kişilər
10:00. 50 m brass. Seçmə mərhələ - Vəli İsrafilov 32,48 saniyə nəticə ilə 6-cı yeri tutub və mübarizəni dayandırıb.
10:08. 400 m sərbəst. Təsnifat (Azərbaycan təmsilçisi yoxdur) 
17:18. Final. 200 m arxa üstə - Boris Kirillov 2 dəqiqə 4,28 saniyə nəticə ilə 4-cü yeri tutub. 
18:01. 100 m batterflyay (Delfin). 1-ci yarımfinalda Dmitri Saley 57,32 saniyə, 2-ci yarımfinalda Yevgeni Lazuka 56,50 saniyə nəticə ilə 4-cü yeri tutub. Hər iki üzgüçü finala yüksəlib. 
18:51. 4 ✕ 100m sərbəst estafet. Final. Tərkibi Boris Kirillov, Nikolay Trapov, Dmitri Saley və Dorian Fazekasdan ibarət Azərbaycan komandası 3 dəqiqə 35,38 saniyə nəticə ilə 5-ci yeri tutub. 
Qadınlar
800 m sərbəst, 200 m fərdi kompleks, 50 m brass, 100 m arxa üstə, 200 m fərdi kompleks (Azərbaycan təmsilçisi yoxdur)
Su İdman Sarayı
 
Ağırlıqqaldırma (12:00 - 18:00)
Kişilər
56 kq. Elmar Alıyev: 233 kq (103 kq + 130 kq) - 6-cı yer.
Qadınlar
48 kq. Mərziyyə Məhərrəmova: 151 kq (66 kq + 85 kq) - 6-cı yer
53 kq
Səbinə Əzimova: 176 kq (75 kq + 101 kq) - 3-cü yer 
Gülçin Əlizadə: 156 kq (70 kq + 86 kq) - 4-cü yer
Ağır Atletika Arenası
 
Boks (18:00 – 20:00)
Kişilər: 49 kq, 52 kq, 56 kq, 75kq, 81 kq
52 kq. 1/8 final. Məsud Yusifzadə – Ömər Koç (Türkiyə) - 5:0
 
75 kq
1/8 final. Kamran Şahsuvarlı – Desmond Amsterdam (Qayana) - 5:0
  
81 kq. 1/8 final. Rauf Rəhimov – Hafidz Adli Mohd (Malayziya) - 5:0
Bakı Kristal Zalı 2 
 
İdman gimnastikası (09:00 – 13:00)
Təsnifat mərhələsi
Kişilər
Sərbəst hərəkətlər: Murad Ağarzayev 14,500 xalla 1-ci, Timur Bayramov 12,400 xalla 10-cu, Bense Talas 11,650 xalla 13-cü yeri tutub. Ağarzayev və Bayramov ilk "11-liy"ə düşdükləri üçün finala yüksəliblər.
 
Paralel qollar: Timur Bayramov 13,300 xalla 3-cü, Bense Talas 12,850 xalla 5-ci, Murad Ağarzayev 12,600 xalla 6-cı yeri tutub. 2 ən yaxşı nəticəni göstərən Bayramov və Talas finala yüksəliblər. 
Halqalar: Bense Talas 14,700 xalla 2-ci, Murad Ağarzayev 13,100 xalla 4-cü, Timur Bayramov 12,850 xalla 7-ci yeri tutub. Talas və Ağarzayev daha yaxşı nəticələr göstərdikləri üçün finala adlayıblar.
 
Qadınlar
Dayaqla tullanma: Marina Nekrasova 13,800 xalla 2-ci, Yuliya İnşina 13,000 xalla 3-cü yeri tutaraq, finala yüksəliblər. 
Müxtəlif hündürlüklü qollar: Yuliya İnşina 12,250 xalla 1-ci, Yekaterina Tişkova 11,600 xalla 3-cü, Marina Nekrasova 10,500 xalla 5-ci yeri tutub. İnşina və Tişkova finala yüksəlib. 
Milli Gimnastika Arenası
 
Həndbol
Yarımfinal
Kişilər
11:15. Səudiyyə Ərəbistanı - İraq - 28:24 (13:12)
 
15:45. Türkiyə Əlcəzair - 26:22 (14:9)
 
 
Qadınlar
09:00. Azərbaycan – Özbəkistan - 42:25 (24:13)
 
13:30. Türkiyə - Kamerun - 34:16 (16:7)
Sərhədçi İdman Olimpiya Mərkəzi
 
Tennis (10:00 - 19:00)
Kişilər (Komanda yarışları, seçmə mərhələ)
A qrupu
Türkiyə - Türkmənistan - 3:0 
B qrupu
İordaniya - Pakistan - 0:3
 
Azərbaycan - Qətər - 0:3
 
Qadınlar
Pakistan - Türkiyə - 0:3
 
Azərbaycan - Türkmənistan - 1:2
Bakı Tennis Akademiyası
 
Voleybol
Qrup mərhələsi, II tur
Kişilər
A qrupu
21:30. Azərbaycan - Türkiyə - 3:2 (28:26, 13:25, 25:17, 19:25, 18:16)
 
Qadınlar
19:00. Azərbaycan – Tacikistan - 3:0 (25:9, 25:7, 25:10)
Bakı Kristal Zalı 1
 
Su polosu
Kişilər
16:30. Türkiyə - İndoneziya - 21:4 (5:1, 7:2, 5:0, 4:1)
 
18:00. Azərbaycan - İran - 10:16 (5:4, 1:3, 2:4, 2:5)
Su polosu arenası

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right