Azərbaycan çempionatının ilk qalibləri FOTOLAR

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. 
 
Newsport.az-ın məlumatına görə, Ağır Atletika Akademiyasında keçirilən tədbirdə federasiyanın vitse-prezidenti Tofiq Heydərov çıxış edib. T.Heydərov yarışların keçirilməsində məqsədlər, ölkə idmanının inkişafı və bir neçə digər mövzuya toxunub. O, ölkənin bütün bölgələrindən 150-yə yaxın ağırlıqqaldıranın qüvvəsini sınadığı çempionat IV İslam Oyunlarına sınaq xarakteri daşıdığını bildirib: "Çempionatı izləməyə gələn hər kəsi salamlayıram. Bu, 2017-ci ildə təşkil etdiyimiz 3-cü ölkədaxili yarışdır. Aşkar görünür ki, təşkilatçılıq baxımından ən yüksək səviyyəyə iddialıyıq. Atletlərimizə maksimum məşq, istirahət və yarış şəraiti yaradaraq beynəlxalq yarışlarda uğur qazanmalarına çalışırıq. Bu çempionat bizi qarşıda gözləyən Avropa çempionatı, Tailandda yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya birinciliyi, əsasən də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına sınaq xarakteri daşıyır. Bununla yanaşı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi də öncül istəklərimizdəndir. Azərbaycanda ağır atletika həmişə böyük ənənələrə malik olub, inkişaf üçün dəstək nümayiş etdirilib. Biz də bu istiqaməti davam etdiririk. Əminik ki, atletlərimiz beynəlxalq yarışlarda uğurlar qazanacaq, ölkəmizi layiqincə təmsil edəcəklər. Federasiya rəhbərliyinə, prezident Cahangir Əsgərova dəstək və etimadına görə təşəkkür edirəm”.
 
Çempionatda artıq ilk yarış qrupu arxada qalıb. Qadınlar qalibləri Sinkleyr cədvəli üzrə müəyyənləşdiriblər. Qızıl medala qazaxlı atlet Elnarə Abbasova sahib çıxıb. O, birdən və təkanla hərəkətlərin cəmində 190 kq (84 kq + 106 kq) nəticə və 250.47 Sinkleyr xalı ilə bütün rəqiblərini üstələyib.
Gümüş medalı isə qalibdən çox cüzi fərqlə geridə qalan Səbinə Əzimova qazanıb. O, toplam 167 kq (73 kq + 94 kq) nəticə və 250.06 xalla kifayətlənib və fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bürünc medal toplam 170 kq (75+95) nəticə və 230.92 xal toplayan sumqayıtlı atlet Firuzə İbrahimovaya qismət olub.
 
Kişilərin yarışında isə ilk olaraq çəkisi 56 kq-a qədər olan atletlər körpücük üzərinə çıxıblar. Qızıl medala toplam 225 kq (98+117) nəticə göstərən Ruslan Rzazadə sahib çıxıb. Lənkəranlı atlet rəqiblərini xeyli qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.
 
Gümüş medalı toplam 209 kq (99+110) nəticə göstərən lerikli Emin Mirzəyev, bürüncü isə toplam 195 kq (88+107) nəticə ilə lənkəranlı atlet Rüstəm Qasımov boynundan asıb.
 
Qeyd edək ki, kişilər, qadınlar və veteranlar arasında keçirilən Azərbaycan çempionatına martın 3-də yekun vurulacaq.
 
Azərbaycan çempionatının ilk qalibləri - FOTOLAR
Azərbaycan çempionatının ilk qalibləri - FOTOLAR
Azərbaycan çempionatının ilk qalibləri - FOTOLAR
Azərbaycan çempionatının ilk qalibləri - FOTOLAR

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right