"Qəbələ"nin iki üzvü dünya çempionu oldu

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb.

Newsport.az-ın məlumatına görə, dekabrın 3-7-də keçirilən yarışda "qırmızı-qaralar"ın üzvləri iki medal qazanıb. İdman Sarayında baş tutan WMMAF versiyası üzrə çempionatda Hüseyn Əliyev və Bəxtiyar Abbasov fəxri kürsüyə qalxıblar. Abbasov 90 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, dünya çempionu tituluna yiyələnib. Əliyev isə eyni nailiyyətə 77 kq çəki dərəcəsində imza atıb. 

Beləliklə, “Qəbələ”nin iki döyüşçüsü 2016-cı ilin dünya çempionu titulunu qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right