I vitse-prezident Namiq Əliyev yenidən DGB-nin İcraiyyə Komitəsinə üzv seçilib

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev yenidən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü seçilib.

Newsport.az-ın məlumatına görəSentyabrın 3-4-də Fransanın Makon şəhərində Dünya Güləş Birliyinin növbəti illik konqresi keçirilib.

Konqresdə İcraiyyə Komitəsi üzvlərindən səlahiyyət müddəti başa çatanların yerinə yeni üzvlərin seçkisi də baş tutub. İcraiyyə Komitəsində 2010-2016-cı illərdə Azərbaycanı təmsil edən və səlahiyyət müddəti başa çatan AGF I vitse-prezidenti Namiq Əliyev yenidən namizədliyini irəli sürüb. Konqres iştirakçılarının böyük əksəriyyətinin səsini qazanan AGF rəsmisi yenidən DGB İcraiyyə Komitəsinə üzv seçilib. Namiq Əliyev qarşıdakı 6 il müddətində beynəlxalq qurumun idarəçiliyində iştirak edəcək.  

Xatırladaq ki, AGF I vitse-prezidenti Namiq Əliyev ilk dəfə 2010-cu ildə Dünya Güləş Birliyi (o vaxtkı FİLA) İcraiyyə Komitəsinin üzvü seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right