Kərəmovdan ardıcıl üçüncü qələbə

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Rizin qran-prisində üçüncü döyüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı Kərəmovı Yaponiyada təşkil olunan döyüşdə yerli idmançı Sora Yamamoto ilə qarşılaşıb. Yapon rəqibini məğlub edən Kərəmov qran-pridə ardıcıl üçüncü qələbəsini qazanıb.

Vüqar Kərəmov daha əvvəl ABŞ təmsilçisi Kayl Aquon və yaponiyalı Teyçi Nakadzimaya qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right