Azərbaycanın “Böyük Dəbilqə”dən qəniməti 2 medal

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”ni iki medalla başa vurublar.

Newsport.az-ın məlumatına görə, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) mübarizəyə başlayıb. 23 yaşlı idmançı 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə qazaxıstanlı Adlet Missinə uduzub.

Daha əvvəl Azərbaycan cüdoçularından Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) bürünc medala sahib çıxıb.

Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right