Azərbaycan güləşçilərindən 1 "gümüş", 2 "bürünc"

Qazaxıstanın Almatı şəhərində güləş üzrə Bolat Turlıxanov Kuboku davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycanın 3 güləşçisi medal qazanıb.

Jalə Əliyeva (59 kq) finalda hindistanlı Sarita Saritaya məğlub olaraq Bolat Turlıxanov Kubokunda gümüş medal qazanıb.

53 kq-da Leyla Qurbanova qazaxıstanlı Aişə Ualişana "tuşe" ilə qalib gələrək "bürünc"ə sahib olub.

Qurbanova ilə yanaşı, daha bir güləşçi bürünc medal qazanıb. Türkan Nəsirova (50 kq) qazaxıstanlı Aygül Nuralimə 5:4 hesabıyla qalib gələrək medalçılar arasında yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right