“Böyük Dəbilqə”: 2 cüdoçudan heç biri finala yüksələ bilmədi

Gürcüstanın paytaxtı Tbilisidəki “Böyük Dəbilqə”də Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən iki cüdoçudan heç biri finala yüksələ bilməyib. 

Newsport.az-ın məlumatına görə, Zelim Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşviliyə, Elcan Hacıyev isə cənubi koreyalı Junhvan Liyə uduzub. 

Bürünc medal qarşılaşmasında Tçkayev özbəkistanlı Şarofiddin Boltaboyevlə, Hacıyev italiyalı Titsiano Falkone ilə üz-üzə gələcək. 

İlk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right