Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan qələbə

Norveçin Stavanger şəhərindəki şahmat üzrə "Norway Chess" turniri davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yarışın əsas mərhələsində növbəti görüşlərini keçiriblər. Məmmədyarov yarışın dördüncü günündə çinli Van Haonu qara fiqurlarla məğlub edib və 7 xalla 4-cü pillədə qərarlaşıb.

Fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla heç-heçəyə razılaşan Rəcəbov isə. ikinci görüşdə rəqibini məğlub etməyi bacarıb. 3 xala malik olan 35 yaşlı qrossmeyster hazırda 8-cı sıradadır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right