Məşqçilərə sertifikatlar təqdim edildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Beynəlxalq Velosipedçilər İttifaqı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilmiş "Məşqçilər üçün texniki təlim kursları"nı başa vuran məşqçilərə Beynəlxalq Velosipedçilər İttifaqının sertifikatları təqdim edilib.

Newsport.az-ın məlumatına görə, Sertifikatları məşqçilərə AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib. O bu cür seminarların mütəmadi olaraq təşkil ediləcəyini deyib.

Qeyd edək ki, layihənin əsas məqsədi beynəlxalq standartlara cavab verən məşqçilərin hazırlanması, onların nəzəri və praktiki biliklərinin genişləndirilməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right