“Multikulturalizm ili”nə həsr edilmiş veloyürüş keçirilib

“ASAN School” könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası və “ASAN Könüllüləri” gənclər təşkilatının birgə təşkilatçılığı ilə “Multikulturalizm ili”nə həsr edilmiş veloyürüş keçirilib.

Newsport.az-ın məlumatına görə, yürüşdə 150-yə yaxın peşəkar və həvəskar velosipedçi iştirak edib.

Yürüşə Dövlət Bayrağı Meydanından start verilib. İştirakçılar Azneft dairəsi, Neftçilər prospekti, Dəniz Limanı, Yusif Səfərov küçəsi ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin yanında yürüşə yekun vurublar.

Qeyd edək ki, bu cür yürüşlərin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin aşılanması, ekoloji cəhətdən təmiz nəqliyyat növü olan velosipedin gənclər arasında geniş təbliğ olunmasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right