ADA Universiteti tələbələrinin yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və ADA Universiteninin birgə təşkilatçılığı ilə Respublika Velotrekində adı çəkilən təhsil müəssisəsinin tələbələri arasında velosiped yarışı təşkil edilib.

Newsport.az xəbər verir kiYarışda hər birinin tərkibində 3 oğlan və 1 qız tələbə olan 14 komanda iştirak edib.

Yarış başlamazdan əvvəl tələbələr Respublika Velotrekində idmançılar üçün yaradılan şərait, həmçinin Azərbaycan və dünya velosipedinin tarixini özündə əks etdirən muzeylə tanış olublar.

Estafet sistemi üzrə keçirilən yarışda hər komandanın tərkibində yer alan velosipedçilər 333 metrlik marşrut boyunca dövrə vurublar və ən yaxşı vaxt göstəricisinə əsasən qaliblər müəyyənləşib. Fərqlənən komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və kubokla təltif ediliblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right