Avropa çempionatında 9-cu yer

Azərbaycanın şosse velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Yelena Pavluxina Fransada keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Newsport.az-ın məlumatına görəİdmançımız bu gün 25,4 km məsafəyə fərdi ötüşmədə çıxış edib.

52 velosipedçinin mübarizə apardığı bu növdə Yelena Pavluxina məsafəni 39 dəqiqə, 12 saniyəyə qət edib və bununla da Elit kateqoriyada ilk dəfə təşkil edilən Avropa çempionatında 9-cu yeri tutub. İdmançımız çempion olmuş hollandiyalı Ellen Van Diykə 2 dəqiqə, 31 saniyə uduzub. Sentyabrın 17-də iştirakçılar 110 km məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right