Ri0-2016: Velosipedçimiz 1/8 finala yüksələ bilmədi

Rio Yay Olimpiya Oyunlarında velosiped idmanı üzrə yarışlar davam edir. 

Newsport.az-ın məlumatına görə, təmsilçimiz Olqa İsmayılova bu gün sprinter növündə mübarizəyə start verib.

Yarışa təsnifat mərhələsindən başlayan İsmayılova 1/16 final mərhələsinə yüksəlməyi bacarıb. O, təsnifat mərhələsində 11.152 saniyə göstərici ilə 27 nəfər arasında 18-ci olaraq 1/16 finala vəsiqə qazanıb.

Yarışın bu mərhələsində velosipedçimiz, təsnifatda Olimpiya rekordunu yeniləməklə 1-ci olan Böyük Britaniyalı Rebekka Ceymslə mübarizə aparıb və rəqibinə məğlub olub.

Bu isə o deməkdir ki, Olqa İsmayılova təsəlliverici yürüşdə iştirak etməklə 1/8 finala adlamaq şansını saxlayır. Bunun üçün o, Hollandiya və Avstraliya velosipedçiləri ilə mübarizədə finiş xəttini birinci keçməlidir.

Lakin Hollandiya və Avstraliya velosipedçiləri ilə mübarizədə ikinci olan İsmayılova Riodakı çıxışını başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right