Bakıda veslosipedçilər üçün xüsusi yol olacaq?

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVIF) "Bizə yol verin!" aksiyasına başlayıb.

AzVİF-in mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirib ki, onlar bir çox ölkələrin şəhərlərində olduğu kimi Bakı yollarında da velosipedçilər üçün ayrıca cığırların salınmasını istəyirlər. Artıq bu məqsədlə müvafiq dövlət qurumlarına da müraciət edilib. 

 

Federasiya Azərbaycanda velosiped istehsalı zavodu açılmasından sonra dövlət qurumlarıdan bu məsələyə bir daha baxılmasını xahiş edir:

"Azərbaycanda velosipeddən ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi istifadə son illər ərzində xeyli artıb. Bu günlərdə İsmayıllı rayonunda velosiped zavodunun açılması və dövlət başçısı cənab İlham Əliyevin mərasimdə iştirak etməklə belə bir zavodun açılmasını yüksək qiymətləndirməsi ölkəmizdə velosipeddən istifadənin daha da genişlənəcəyinə bir işarədir. Amma, təəssüf ki, velosipedin nəqliyyat vasitəsi kimi inkişafını əngəlləyən əsas maneə lazımi infrastrukturun, yəni velosiped yollarının olmamasıdır. Bu səbəbdən üzümüzü Bakı Şəhər İcra Hakimiyyətinə və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə tutaraq onlardan həm yeni salınacaq, həm də şəraiti imkan verən yollarda velosipedçilər üçün də çığırların salınmasını xahiş edirik!"

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right