"Synergy Baku"nun üzvləri xəsarət alıb FOTOLAR

Bu gün Ukraynanın paytaxtı Kiyevdə keçirilən birgünlük "Horizon Park Maidan" yarışının liderlər qrupunda güclü yağış səbəbindən toqquşmalar və yıxılmalar baş verib.

Newsport.az-ın məlumatına görəbir neçə velosipedçi ağır zədələnib. "Synergy Baku"nun üzvləri Elçin Əsədov ve Ənvər Asanov da yüngül xəsarət alıb. Təşkilatçılar bu səbəbdən yarışı dayandırmaq məcburiyyətində qalıblar. Təxminən yarım saatlıq fasilədən sonra məsafəni qısaltmaq şərti ilə yarışa yenidən start verilməsi qərara alınsa da, təşkilatçılar tərəfindən təcili tibbi yardım maşınlarının vaxtında təmin olunmaması səbəbindən UCİ komissarı yarışın təxirə salınması qərarını verib.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirili"

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right