"Tour d’Azerbaidjan-2016":Son mərhələsinin qalibi bəlli oldu YENİLƏNİB

Bu gün "Tour d’Azerbaidjan-2016" veloyürüşünün sonuncu mərhələsi start götürüb.

Newsport.az-ın saytının məlumatına görə, start və finiş nöqtəsi "Azadlıq Meydanı"nda olan 5-ci mərhələ saat 10:30-da başlanıb. Yarış iştirakçıları paytaxt Bakının küçələrində 158 km məsafəyə mübarizə aparıblar.

Marşrutu 3 saat, 41 dəqiqə, 46 saniyəyə başa vuran Almaniyanın pro-kontinental "Bora-Argon 18" klubunun üzvü Mikael Şvarzman finişi birinci keçib. İsveçrənin pro-kontinental "Roth" komandasının nümayəndəsi Alberto Çeççin 2-ci, Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun velosipedçisi Daniel Şorn isə 3-cü yeri tutub.

Ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR köynəyinə Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü Daniel Şorn yiyələnib. Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyinə sahib çıxıb. Yaponiyanın " Bridgestone" klubunun üzvü Tomas Lebas ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL"köynəyini qazanıb. Ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan AzVİF köynəyini isə yığma komandamızın üzvü, Azərbaycanı Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin qazanıb.

Qeyd edək ki, yarışda ötən il analoji yarışın qalibi olan, ölkəmizi beynəlxalq veloyürüşlərdə uğurla təmsil edən “Synergy Baku”yla yanaşı, Pro Kontinental komandalardan “Rusvelo” (Rusiya), “Drapac” (Avstriya), “Bora-Arqon 18” (Almaniya), “Novo Nordisk” (ABŞ), “Roth”, “Southeast” (hər ikisi İtaliya), Kontinental komandalardan “Alpha Baltic” (Latviya), “Astana City” 1(Qazaxıstan), “Bridgestone Anchor” (Yaponiya), “Cycling Academy Team” (İsrail), “Massi” (Küveyt), “Dukla Banska” (Slovakiya), “Nasr-Dubai” (BƏƏ), “Felbermayr” (Avstriya), “İlluminate” (ABŞ), “Sauerland” (Almaniya), “Tavira” (Portuqaliya), “Terrengganu” (Malayziya), “Unieuro” (İtaliya) və Estoniya yığması mübarizə aparır.  

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right