Azərbaycan kuboku: İlk finalçı bəlli oldu

Basketbol üzrə Azərbaycan kubokunda ilk finalçı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, “NTD-İndiqo” “Xəzri” ilə qarşılaşıb. “Xəzri” rəqibinə 78:73 hesabı ilə qalib gələrək finala adlayıb.

Oyunun ən yaxşısı 18 xal toplayan qalib komandanın üzvü Vüqar Məmişov olub.

Azərbaycan Basketbol Liqasının debütantının finaldakı rəqibi “Sərhədçi” – “Neftçi” arasında keçiriləcək ikinci yarımfinal oyunundan sonra bəlli olacaq.

19:30 “Sərhədçi” – “Neftçi” 

Əlavə edək ki, final görüşü aprelin 20-də keçiriləcək və oyuna 15:00-da start veriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right