Yığmamızın heyətində dəyişiklik edildi

DÇ-2024-ün elit mərhələsində Bakıda Niderland yığması ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Newsport.az xəbər verir ki, İsa Atayev heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə Macarıstanın “Studio Futsal Nyiregyhaza” klubunda çıxış edən Maneka düşərgəyə cəlb olunub.

Qeyd edək ki, sentyabrın 20-də Bakı İdman Sarayında reallaşacaq Azərbaycan – Niderland görüşü saat 18:30-da başlayacaq. Komanda daha əvvəl səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right