Nəsirli oynadı, komandası səfərdə heç-heçə etdi

Latviya çempionatında 29-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Yelqava” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 0:0.

Ramin də bu görüşün iştirakçısı olub. O, əvvəldən sonadək meydanda olub.

Futbolçumzun komandası hazırda 26 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right