"Araz-Naxçıvan"ın baş məşqçisi: "Artıq son oyunu düşünməliyik"

“Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi. Onu da nəzərə alaq ki, Almaniya çempionu Türkiyə çempionu ilə müqayisədə daha güclüdür. Nəticəyə görə komandamı təbrik edirəm".

Newsport.az-ın məlumatına görə, "Araz-Naxçıvan"ın baş məşqçisi  Vitali Borisov futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində  Almaniya çempionu “Jahn Regensburq”a  5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq. “Jahn Regensburq”la matçı ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son oyunu düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq” - deyə o bildirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right