Millimizin üzvləri Belçika klubunda

Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvləri Xətai Bağırov və İsa Atayev karyerasını ölkə xaricində davam etdirəcək. 

Newsport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, hər iki futzalçı əvvəlcə ölkə çempionu ilə yola davam etmək qərarı versələr də, Belçikadan gələn təklif fikirlərini dəyişib. Nəticədə onlar Belçika çempionatında çıxış edən “Futsal Beşiktaş Gent”lə anlaşıb. Müqavilə 1+1 müddətə imzalanıb.

Qeyd edək ki, “Futsal Beşiktaş Gent” klubu 2015-ci ildə Belçikada yaşayan türkiyəli iş adamları tərəfindən yaradılıb və idarə olunur. Komanda Belçikanın Birinci Liqasında iştirak edir. Birinci Liqada ümumilikdə 28 komanda yarışır. Onlar hər birində 14 komanda olmaqla  2 qrupa bölünürlər. Ancaq qrup qalibləri Yüksək Liqaya vəsiqə qazanır. “Futsal Beşiktaş Gent” son 3 mövsümü öz qrupunda ikinci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right