Eyni rəqiblə ikinci dəfə

Məlum olduğu kimi, "Xəzər Adaları" futzal klubu "Kayrat"ın dəvəti ilə bir neçə gün öncə Qazaxıstana səfərə yollanıb. 

Newsport.az-ın məlumatına görə, ilk yoxlama matçında qazaxlara 3:5 hesabı ilə məğlub olan "Xəzər Adaları" bu gün eyniadlı komanda ilə növbəti matçına çıxacaq. Görüş Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Qeyd edək ki, "Xəzər Adalar"ı sabah səhər saatlarında Bakıya qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right