Azərbaycan klubunun UEFA kubokundakı potensial rəqibləri bəlli oldu

Futzal üzrə UEFA Kubokunda əsas mərhələyə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ölkəmizi turnirdə təmsil edən "Araz"ın da elit mərhələdəki bütün potensial rəqibləri məlum olub.

Son çempionun rəqibləri  "Nasional" (Xorvatiya), "Sportinq" (Portuqaliya), "Yuqra", "Dinamo" (hər ikisi Rusiya), "Kayrat" (Qazaxıstan), "İnter" (İspaniya), "Dyor" (Macarıstan), "Breze" (Sloveniya), "Tarqu Mureş" (Rumıniya), "Nikars" (Litva), "Hamburq Panters" (Almaniya), "Ekonomats" (Serbiya), "Real" (İtaliya), "Xrudim" (Çexiya), və "Feniks" (Kosovo) klublarıdır.
Elit mərhələnin püşkü oktyabrın 21-də atılacaq. Komandalar 3 səbətə bölünəcək. "Araz" qrup qalibi kimi ikinci səbətdə yer alacaq.
Elit mərhələnin oyunları noyabrın 22-27-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right