Xabi Alonso bu hücumçunu "Qarabağ"la matçda oynadacaq

Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso ağır zədədən qayıdan hücumçu Patrik Şikə Avropa Liqasının “Qarabağ”la qarşıdakı oyununda şans verəcəyini bildirib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis çexiyalı haqda bunları deyib:

“Volfsburq”la matçda (2:1) Şiki riskə atmaq istəmədim. Sürət çox yüksək idi. Oyun da gərgin keçdi. Düşünürəm ki, Şikin “Qarabağ”la matçda oynamaq şansı olacaq. Ümid edirəm ki, onu meydana 10-15 dəqiqəlik buraxa biləcəm”

“Bayer" - "Qarabağ" oyunu oktyabrın 26-da Leverkuzendəki "BayArena" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right