"Bayer" "Qarabağ"la oyuna görə narahatdır

Avropa Liqası qrup mərhələsinin 3-cü turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək "Bayer"də narahatlıq var.

Newsport.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Bay Arena"da keçiriləcək qarşılaşmaya az azarkeş gələcəyindən narahatdır. Almaniya klubu buna görə də biletlərin qiymətini 10 avroya endirib. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Bundan əlavə, stadiona gələcək tələbələrə pulsuz alkoqolsuz içki və beyzbolka da veriləcək.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" görüşü 26 oktyabr tarixində Bakı vaxtilə saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right