"Nəticədən məmnun deyiləm" - “Makkabi"nin baş məşqçisi

"Düşünürəm ki, ümumilikdə yaxş oyun keçirdik. İlk hissədə çoxlu şansımız oldu, intizamlı olduq və mübarizə apardıq. Son dəqiqəyə qədər qələbə qazanmağa çalışdıq. Evdə növbəti mərhələ üçün mübarizə aparacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Makkabi"nin baş məşqçisi Giorqos Donis Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İstanbulda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisi ilə paralel keçən  "Sivasspor" - "Vilyarreal" matçı (0:1) haqda da danışıb: "Bu görüşün nəticəsini son dəqiqələrdə bildik. Meydanda açıq oyun getdi. Sonadək vuruşduq. İmkanlarımız oldu, futbolçular çalışdılar. Komandamdan razı qaldım. Sadəcə, son nəticədən məmnun deyiləm".

"Makkabi"nin baş məşqçisi qrup mərhələsinin son turunda qarşılaşacaqları "Sivasspor"la oyun ərəfəsində bunları söyləyib: "Son turda evdə oynayacağıq. Özümüzə güvənirik. Güclü oyunçularımızın olduğu yaxşı komandamız var. Növbəti mərhələyə yüksəlmək üçün yaxşı fürsətimiz var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right