"Makkabi" və "Qarabağ"a qalib gələcəyimizə inanıram" - Rza Çalımbay

"Çox gözəl oyun oldu. Seyr edənlər mütləq zövq alıblar. Müdafiədə çox böyük şanssızlıq yaşadıq. Amma heç ruhdan düşmədik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Vilyarreal”a 3:5 hesabı ilə məğlub olan “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay oyundan sonra mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis qarşıdakı “Makkabi” və “Qarabağ”la oyunlarda qələbə qazanacaqlarına inandığını bildirib: “Bu oyunun cavab matçı da var. Oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, onda daha yaxşı oynayacağıq. Bu oyunu təkcə özümüz üçün deyil, həm də Türkiyə üçün oynadıq. Futbolçulara inanıram, qarşıdakı oyunlardan xallar qazanacağıq. Qrupun qarşıdakı iki oyunundan qələbə ilə ayrılacağımıza inanıram”.

Qeyd edək ki, "Sivasspor" oktyabrın 29-da "Makkabi"ni (Təl-Əviv) noyabrın 5-də isə "Qarabağ"ı qəbul edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah