"Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubuna qarşı keçirəcəkləri səfər oyunu barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu gün baş tutan oyunöncəsi mətbuat konfransında bunları söyləyib:


“Makkabi”nin həm “Dinamo” (Brest, Belarus), həm də “Zalsburq”la matçlarını izləmişəm. Özünəməxsus oyun taktikası olan bir komandadı. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. “Makkabi”nin yaxşı oyun fəlsəfəsi var.

Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə fikrimizin əsgərlərimizin yanında olması normaldı. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir.

Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right